Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət İlham Əliyevlə Pezeşkianın telefon danışığı oldu
siyasət

İlham Əliyevlə Pezeşkianın telefon danışığı oldu

26-05-2026 19:00 11 Baxış
IMG

Mayın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

"Tvit.az" xəbər verir ki, dövlət başçıları müqəddəs Qurban bayramı münasibətilə bir-birlərinə təbriklərini çatdırıb, Azərbaycan və İran xalqlarına firavanlıq və ruzi-bərəkət arzulayıblar.

İran İslam Respublikasının Prezidenti ölkəsinin üzləşdiyi ağır günlərdə Azərbaycanın göstərdiyi humanitar yardımlara görə bir daha təşəkkürünü bildirib.

Prezident İlham Əliyev öz növbəsində qeyd edib ki, Azərbaycan və İran yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birinin yanındadır.

Telefon söhbəti zamanı ikitərəfli əlaqələrin inkişafı və perspektivləri barədə fikir mübadiləsi aparılıb.