Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Bayramov Rusiyaya gedəcək - Səfər tarixi...
siyasət

Bayramov Rusiyaya gedəcək - Səfər tarixi...

26-05-2026 14:00 10 Baxış
IMG

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu ilin iyulunda Rusiyaya səfər edə bilər.

 

Tvit.az xəbər verir ki, bu barədə Report-a Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov məlumat verib.

 

"Hazırda Azərbaycan XİN başçısı Ceyhun Bayramovun Moskvaya səfər tarixi razılaşdırılır. Hər iki nazir - həm Bayramov, həm də Sergey Lavrov son dərəcə sıx iş qrafikinə malikdir, bununla əlaqədar səfər, çox güman ki, iyulda baş tutacaq. Hazırda konkret tarix dəqiqləşdirilir", - diplomat qeyd edib.

 

M.Yevdokimov vurğulayıb ki, sentyabrda Azərbaycanda Beynəlxalq Müdafiə Sərgisinin (ADEX) keçirilməsi planlaşdırılır və Rusiya müdafiə nazirinin bu sərgidə iştirakı mümkündür.

 

Xatırladaq ki, 2026-cı il sentyabrın 30-dan oktyabrın 2-dək Bakıda VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək.