Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Estoniya Prezidenti: Azərbaycanla tərəfdaşlığın daha da möhkəmlənəcəyinə ümid edirəm
siyasət

Estoniya Prezidenti: Azərbaycanla tərəfdaşlığın daha da möhkəmlənəcəyinə ümid edirəm

25-05-2026 20:00 8 Baxış
IMG

Estoniya Prezidenti Alar Karis Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Tvit.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Ölkənizin milli bayramı münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Bugünkü mürəkkəb qlobal şəraitdə çoxtərəfli çərçivələr vasitəsilə, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı çərçivəsində sıx əməkdaşlıq hər zamankından daha böyük əhəmiyyət daşıyır. Birgə fəaliyyət göstərməklə biz BMT Nizamnaməsinin prinsiplərini daha yaxşı qoruya və daha təhlükəsiz, daha ədalətli və daha dayanıqlı dünyanın qurulmasına töhfə verə bilərik.

Bu baxımdan ikitərəfli münasibətlərimizdə müşahidə olunan davamlı irəliləyişi məmnunluqla qarşılayır və qarşıdakı illərdə ölkələrimiz arasında tərəfdaşlığın daha da möhkəmlənəcəyinə ümid edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".