Mayın 22-si saat 18:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən "Tvit.az"a verilən məlumata görə, bəzi rayonlarda yağıntılı hava şəraiti davam edir, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür.
Naxçıvan, İsmayıllı, Ağsu, Qəbələ, Şamaxı, Quba, Qusar, Şahdağ, Şabran, Tərtər, Xaçmaz, Qobustan, Xızı, Göyçay, Kürdəmir, Ağdam, Tovuz, Naftalan, Goranboy, Şəmkir, Gəncə, Gədəbəy, Göygöl, Daşkəsəndə arabir şimşək çaxır, yağış yağır.
Saat 17:20-17:24 radələrində Göyçay rayonuna diametri 3 millimetr olan dolu düşüb.