Apple və Samsung milyonlarla istifadəçisi olan dünyada ən çox seçilən iki telefon markasıdır. Bəs bu markaların istifadəçilərindən hansı daha məmnundur?
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, bu suala cavab tapmaq üçün ABŞ-da hərtərəfli bir araşdırma aparılıb.
Əvvəlki tədqiqatlar Samsung istifadəçilərinin daha məmnun olduğunu göstərmişdi. Yeni tədqiqat bunun dəyişmədiyini göstərdi. Əslində, Amerika Müştəri Məmnuniyyəti İndeksi ölçmələrinə görə, Samsung ABŞ-da məmnuniyyət baxımından Apple-ı bir daha geridə qoymağı bacardı.
Amerika Müştəri Məmnuniyyəti İndeksi müştəriləri müxtəlif meyarlara əsasən qiymətləndirir və aldıqları xidməti nə dərəcədə yaxşı qəbul etdiklərinə əsasən ballar verir. Samsung bu indeksdə 81 bal toplayaraq Apple-ı cüzi fərqlə geridə qoydu. 80 balla Apple, ondan cəmi bir xal geridə qalaraq ikinci yerdə qərarlaşdı.
Aysel Şirinova