Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya ​"Hizbullah"dan İsrailə dron hücumu - Mülki şəxslər yaralanıb
dünya

​"Hizbullah"dan İsrailə dron hücumu - Mülki şəxslər yaralanıb

14-05-2026 23:00 14 Baxış
IMG

​Livanın "Hizbullah" hərəkatı İsrailin şimalındakı sərhəd bölgəsində yerləşən Roş Hanikra (Ras an-Naqura) ərazisinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum təşkil edib. 

 

​Tvit.az "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, "Hizbullah" yaydığı rəsmi bəyanatda hədəfin İsrail ordusunun əsgərlərinin toplaşdığı məntəqə olduğunu iddia edib.

 

​“Müqavimət qüvvələrimiz Livanla sərhəd yaxınlığındakı Roş Hanikra bölgəsində düşmən ordusunun cəmləşdiyi nöqtəni kamikadze dronla dəqiq vurdu”, - deyə "Hizbullah"ın məlumatında qeyd olunur.

 

​Məlumata görə, İsrail ordusu və tibb mənbələri hadisə ilə bağlı fərqli detallar paylaşıb. İsrail ordusunun (IDF) məlumatına görə, "partlayıcı dron"un parklanma zonasına düşməsi nəticəsində bir neçə mülki şəxs yaralanıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

İsrail tərəfi bu hücumu Livanla əldə olunmuş atəşkəs anlaşmalarının "kobud şəkildə pozulması" kimi qiymətləndirib.

 

Aysel Şirinova