Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial "Bu marşrut gündəlik 200 min sərnişinin daşınmasını təmin edəcək" - Rövşən Rüstəmov (VİDEO)
sosial

"Bu marşrut gündəlik 200 min sərnişinin daşınmasını təmin edəcək" - Rövşən Rüstəmov (VİDEO)

13-05-2026 21:00 16 Baxış
IMG

"Abşeron dairəvi marşrutu 14 stansiyanı əhatə edirdi. Bu daşıma marşrutuna yeni bir dayanacaq – Dərnəgül dayanacağını da əlavə etdik. Bununla da bizim dairəvi dəmir yolunda olan sərnişin coğrafiyamız bir qədər də genişləndi".

"Tvit.az" xəbər verir ki, bunu ADY sədri Rövşən Rüstəmov deyib. 

"Amma mövcud dairəvi marşrutun daha da genişləndirilərək yeni əhatə olunmayan istiqamətlərə çatdırılması da önəm daşıyan məsələlərdən biridir. Ötən ilin əvvəlində cənab Prezidentin təsdiqlədiyi Dövlət Proqramı ilə bu sərnişindaşıma coğrafiyası bir qədər də genişlənəcək. Bura Yeni Suraxanı-Hövsan, Bakıxanov-Binə-Qala və Maştağa-Bağlar istiqamətlərində yeni qatar marşrutunun açılması daxildir ki, bu üç istiqamət sərnişin daşımalarında hazırda olan günlük daşınan 42 min nəfər sərnişin sayının təxminən 200 min nəfərə çatmasını təmin edəcək. Digər tərəfdən, mövcud 15 stansiyanın sayı 40-a çatdırılacaq. Bu, özlüyündə sərnişinləri dəmir yolu bağlantıları ilə daha yaxşı və daha çevik şəkildə təmin etmiş olacaq", - deyə ADY sədri qeyd edib.