Səudiyyə Ərəbistanı son regional gərginlik dövründə İran ərazisində müəyyən hədəflərə elan olunmamış hava hücumları həyata keçirib.
Tvit.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
Məlumata əsasən, əməliyyatlar bölgədə eskalasiya zamanı Səudiyyə Ərəbistanına qarşı hücumlara cavab olaraq təşkil edilib.
Hesabatda bildirilir ki, bu zərbələr İran daxilində bir neçə hədəfi əhatə edən gizli hərbi əməliyyatlar şəklində aparılıb.
Elmin Alışov