Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Daha 3 şəhidimiz dəfn ediləcək
sosial

Daha 3 şəhidimiz dəfn ediləcək

13-05-2026 10:00 9 Baxış
IMG

Şəxsiyyəti müəyyənləşdirilən 3 itkin şəhid dəfn ediləcək.

 

Tvit.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

 

Qeyd edilib ki, Birinci Qarabağ Müharibəsində itkin düşən, daha sonra nəşi tapılaraq nəşi müəyyənləşdirilən Rafiq Şirvan oğlu Cəfərov, Ələddin Həzi oğlu Həziyev, Zaur İmamqulu oğlu Sadıqov mayın 15-də Füzuli rayonunda dəfn ediləcək.

 

Onlardan Rafiq Cəfərov Əbdülrəhmanlı kənd qəbirstanlığında, digər iki şəhid isə İşıqlı kənd qəbiristanlığında torpağa tapşırılacaq.