Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər Azərbaycandan deportasiya edilib
sosial

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər Azərbaycandan deportasiya edilib

18-02-2026 21:00 38 Baxış
IMG

Bakıda Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntüləri sosial şəbəkələrdə paylaşan Səudiyyə Ərəbistanının üç vətəndaşı - Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad Azərbaycandan deportasiya edilib.

 

Bu barədə Tvit.az-a Dövlət Miqrasiya Xidmətindən bildirilib.

 

Xatırladaq ki, hadisə ötən ilin avqust ayında baş verib. Sözügedən şəxslər Şəhidlər xiyabanına gələrək bir neçə şəhidin məzarı üzərində qeyri-etik hərəkətlər ediblər və orada çəkdikləri videonu sosial şəbəkədə yayıblar.


Alzaman Mahdi Ali, Alqhabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə ittiham olunublar. Onlar Səbail Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətə azadlıqdan məhrum ediliblər.

 

Sonradan həmin şəxslərin cəzası 2 ildən 6 aya endirilib.

 

Onlara təyin edilən 6 ay cəzanın müddəti bu gün bitib.