Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Temperatur 4-6 dərəcə enəcək - XƏBƏRDARLIQ
sosial

Temperatur 4-6 dərəcə enəcək - XƏBƏRDARLIQ

18-02-2026 19:00 32 Baxış
IMG

Fevralın 19-u Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 20-si səhərədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

 

Tvit.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə enəcək.

 

Böyük və Kiçik Qafqaz dağlarının bəzi çaylarında sululuğun artacağı ehtimalı var.