Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Türkiyədə kibercinayətkarlığa qarşı əməliyyat: 350 şübhəli saxlanılıb
dünya

Türkiyədə kibercinayətkarlığa qarşı əməliyyat: 350 şübhəli saxlanılıb

17-02-2026 15:00 13 Baxış
IMG

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya kibercinayətlərdə şübhəli bilinən 350 nəfərin saxlanıldığını bildirib.

 

Tvit.az xəbər verir ki, bu istiqamətdə həyata keçirilən əməliyyat həftə ərzində ölkənin 28 vilayətində davam edib.

 

Daxili işlər nazirinin verdiyi məlumata görə, saxlanılan şəxslərin 140-ı  barəsində məhkəmə instansiyalarının hökmü ilə həbs qətimkan tədbiri seçilib. Onlara qarşı qanunsuz mərclər, uşaq pornografiyası, cinayət törətmək məqsədilə təşkilatlar yaratmaq və cinayət yolu ilə əldə olunmuş gəlirlərin yuyulması digər ittihamlar irəli sürülüb.

 

Saxlanılan şəxslərdən, nəğd pul, müxtəlif növ silahlar və sursatlar, narkotik maddələr və böyük miqdarda rəqəmsal materiallar götürülüb.

 

 Bundan əlavə, gəlirlərin yuyulması ilə bağlı istintaq çərçivəsində 2 şirkət, 10 daşınmaz əmlak obyekti, 18 avtomobil və şübhəlilərin bank hesabları üzərinə ümumi dəyəri 6,5 milyon ABŞ dollarından çox olan həbs qoyulub.

 

Aysel Şirinova, 

Tvit.az