"Kəpəz"in keçmiş kapitanı və müdafiəçisi olan Yeqor Xvalko Qazaxıstanda klubunu dəyişib.
Tvit.az-ın məlumatına görə, "Tobol"dan ayrılan belaruslu oyunçu karyerasını Qazaxıstanın digər təmsilçisi "Atırau"da davam etdirəcək.
Artıq 28 yaşlı mərkəz müdafiəçisi ilə yeni klubu arasında 2026-cı ilin yekununa qədər qüvvədə olacaq rəsmi sözləşmə imzalanıb.
Xatırladaq ki, Yeqor Xvalko 2022-2025-ci illər aralığında "Kəpəz"in şərəfini qoruyub. O, Azərbaycan klubundan ayrıldıqdan sonra "Tobol"a transfer olunmuşdu.