İran əhalisinin 34 faizi yoxsulluq və mütləq yoxsulluq səviyyəsində yaşayır.
Tvit.az xəbər verir ki, bununla bağlı, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf açıqlama verib.
Qalibaf bildirib ki, mövcud iqtisadi təbəqələndirmə sistemi vətəndaşların real maddi imkanlarını əks etdirmir və bu mexanizmə yenidən baxılmalıdır. Onun sözlərinə görə, iqtisadi göstəricilərə əsasən ölkə əhalisi səkkiz qrupa bölünüb.
Parlament sədri qeyd edib ki, ən yüksək – səkkizinci iqtisadi qrupda cəmi 400 min nəfər yer alır.
Elmin Alışov