Misir prezidenti Əbdülfəttah əs-Sisi ABŞ ilə İran arasında yaşanan gərginliyin region üçün son dərəcə ciddi nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Sisi Qahirə rəhbərliyinin regionda gərginliyin azaldılması üçün intensiv səylər göstərdiyini bildirib.
“İran böhranı getdikcə dərinləşir və bunun region üzərində təsirləri ola bilər”, - deyə Misir rəhbəri vurğulayıb.
Aysel Şirinova

