Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Çin Böyük Britaniya üçün vizasız rejim tətbiq edəcək
dünya

Çin Böyük Britaniya üçün vizasız rejim tətbiq edəcək

29-01-2026 16:00 26 Baxış
IMG

Çin Böyük Britaniya vətəndaşları üçün 30 günədək turizm və işgüzar səfərlər üçün vizasız rejim tətbiq etməyə razılaşıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Baş naziri Kir Starmerin ofisi məlumat yayıb.

 

Müvafiq razılaşma, Britaniya baş nazirinin Pekinə səfəri zamanı əldə edilib. Bu, son səkkiz ildə Çin paytaxtına baş nazir səviyyəsində ilk səfərdir. 

Görüş zamanı Starmer bildirib:


"Biznesmenlər Çində, dünyanın aparıcı iqtisadi güclərindən birində fəaliyyətlərini genişləndirməyin yollarını tapmaq üçün bizdən xahiş edirdilər. Biz sahibkarların işini asanlaşdıracağıq, o cümlədən qısa müddətli səfərlər üçün vizaların tələblərini yumşaldaraq, onların xaricdə genişlənməsini dəstəkləyəcəyik. Bu, Böyük Britaniyada iqtisadi artım və iş yerlərinin yaradılmasına gətirib çıxaracaq."

 

Aysel Şirinova