Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Vəkillər Kollegiyasından bu şəxslərə xəbərdarlıq
sosial

Vəkillər Kollegiyasından bu şəxslərə xəbərdarlıq

28-01-2026 21:00 21 Baxış
IMG

"Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna əsasən, Vəkillər Kollegiyasının (VK) üzvü olmayan şəxs tərəfindən özünə münasibətdə və ya təşkilatının adında "vəkil" sözündən və bu sözün istifadə edildiyi ifadələrdən, eyni zamanda onların başqa dillərə tərcüməsindən istifadə olunması qadağandır.

 

Bu barədə Tvit.az-a Vəkillər Kollegiyasından bildirilib.

 

Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 399-cu maddəsinə edilən 30.12.2025-ci il tarixli dəyişikliyə əsasən, Vəkillər Kollegiyasının üzvü olmayan şəxslərin gəlir əldə etmək məqsədilə "vəkil" sözündən istifadə etməsi inzibati məsuliyyətə səbəb olacaq.

 

Belə ki, VK-nın üzvü olmayan şəxs tərəfindən gəlir əldə etməklə özünə münasibətdə və ya təşkilatının adında "vəkil" sözündən və bu sözün istifadə edildiyi ifadələrdən, eyni zamanda onların başqa dillərə tərcüməsindən istifadə olunmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.

 

Diqqətə çatdırılır ki, "Vəkil" adından yalnız qanunla müəyyən edilmiş qaydada vəkil statusu əldə etmiş və Vəkillər Kollegiyasının üzvü olan şəxslər istifadə edə bilərlər.

 

Vəkillər Kollegiyası vətəndaşlardan bu cür qanunazidd hallarla qarşılaşdıqları təqdirdə müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmələrini xahiş edir.