Gömrük hesabatına əsasən, 2025-ci ildə Azərbaycanın ixrac etdiyi qazın 1000 kubmetrinin orta qiyməti $350,23 təşkil edib. Dövlət büdcəsində qazın ixrac qiyməti 242 dollar proqnozlaşdırılmışdı.
Tvit.az xəbər verir ki, bu barədə ekspert İlham Şaban qeyd edib.
“2025-ci ildə Azərbaycanın xam neft ixracından gəliri $12,1 mlrd, təbii qazdan isə - $8,82 mlrd təşkil edib”, - o bildirib.