Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Sadio Mane Seneqal millisindəki karyerasını bitirəcəyi tarixi açıqlayıb
idman

Sadio Mane Seneqal millisindəki karyerasını bitirəcəyi tarixi açıqlayıb

19-01-2026 18:00 22 Baxış
IMG

Seneqal millisinin hücumçusu Sadio Mane milli komandadakı karyerasını bitirəcəyi tarixlə bağlı danışıb.

 

Tvit.az xəbər verir ki, bu barədə ulduz futbolçu "Bein Sports"a danışıb.

 

O, Seneqal millisi ilə 2026-cı il dünya çempionatında oynamaq istədiyini, daha sonra isə beynəlxalq futbol karyerasını bitirəcəyini bildirib:

 

"DÇ-2026-da oynamağa çalışacağam və sonra beynəlxalq futboldan təqaüdə çıxacağam. Səudiyyə Ərəbistanı liqası çox rəqabətlidir və çox güclüdür, insanlar bunu bilməlidirlər. Bu, dünyanın ən yaxşı liqalarından biridir".

 

Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunda oynayan 33 yaşlı futbolçu turnir ərzində iki qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.