Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Saat 19:30-da işıq kəsiləcək - Bu ərazilərdə
sosial

Saat 19:30-da işıq kəsiləcək - Bu ərazilərdə

15-01-2026 13:00 27 Baxış
IMG

Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olacaq.

Tvit.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Qeyd olunub ki, yanvarın 15-də Naxçıvan şəhərində planlı təmir-bərpa işləri aparacaq.

Bununla əlaqədar 110/35/10 kV-luq "Koroğlu" yarımstansiyasından qidalanan 1 nömrəli 25 MVA transfarmator razılaşdırılmış sifariş əsasında açılacaq.

Eyni zamanda, Milli SCADA sisteminin qurulması məqsədilə Naxçıvanın Qoçüstü məhəlləsi, Cənlibel, 35-ci məhəllə, Sabir, Şaxtatinski, Gəray Əsədov küçələri və 10 - 11-ci küçələrdə saat 19:30-dan 20:30-dək elektrik enerjisinin verilişi dayandırılacaq.