Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Ordubadda Şəhidlər Xiyabanı abadlaşdırılacaq
sosial

Ordubadda Şəhidlər Xiyabanı abadlaşdırılacaq

14-01-2026 21:00 18 Baxış
IMG

Ordubad rayonunda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair hesabat tədbiri keçirilib.

 

Tvit.az Report-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli bildirib ki, Prezident İlham Əliyevin 21 fevral 2024-cü il tarixli "Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Sərəncamı da əsas götürülməklə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq 2025-ci ildə Ordubad şəhərinin tarixilik və müasirlik prinsiplərini özündə birləşdirən Baş Planının hazırlanması istiqamətində mühüm addımlar atılıb.

 

Bildirilib ki, dövlət proqramına uyğun olaraq rayonun bir sıra avtomobil yollarında əsaslı təmir işləri aparılıb. 2025-ci ildə Ordubad şəhərindəki XVII əsr abidəsi olan Cümə məscidinin təmir və yenidənqurma işləri yekunlaşıb. Həmçinin XVIII əsrə aid olan Sərşəhər məscidinin və Ordubad mədrəsəsinin bərpası ilə əlaqədar layihələndirmə işləri başa çatıb. Ordubad şəhərində layihə-smeta sənədləri yekunlaşan Şəhidlər Xiyabanı Abidə Kompleksinin abadlaşdırılması nəzərdə tutulur. Hazırda Ordubad şəhərinin mərkəzindəki Ərbabın iş yeri tarixi binasında əsaslı təmir və bərpa işləri davam etdirilir.