Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman "Qarabağ" yoxlama oyununda "Neftçi"yə qalib gəlib
idman

"Qarabağ" yoxlama oyununda "Neftçi"yə qalib gəlib

12-01-2026 20:00 36 Baxış
IMG

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ" ilk yoxlama oyununda qələbə qazanıb.

 

Tvit.az xəbər verir ki, "Gloria Sports Arena"da Özbəkistanın "Neftçi" (Fərqanə) komandası ilə qarşılaşan "köhlən atlar" 5:0 hesablı qələbə qazanıblar.

 

Ağdamlıların heyətində Marko Yankoviç (3, 29), Leandro Andrade (8), Joni Montiel (10) və Nəriman Axundzadə (71) fərqləniblər.


Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin növbəti sınağı yanvarın 16-da, Polşanın "Zaqlebie Lubin" kollektivinə qarşı olacaq.