Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bu abidələrin siyahısına dəyişiklik edildi - Qərar
sosial

Bu abidələrin siyahısına dəyişiklik edildi - Qərar

09-01-2026 19:00 36 Baxış
IMG

Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısına dəyişiklik edilib.

 

Tvit.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib.

 

Qərara əsasən, Xocavənd, Xocalı, Tovuz, Culfa, Ordubad, Ağcabədi və Cəlilabad rayonlarında ölkə əhəmiyyətli memarlıq abidələrinin yerləşmə ünvanlarının adının dəyişməsi ilə əlaqədar müvafiq dəyişiklik edilib.

 

Ağcabədi, Cəlilabad, Göygöl, Xocalı, Qazax, Qusar, Oğuz, Şəki, Culfa rayonlarında ölkə əhəmiyyətli arxeoloji abidələrin də yerləşmə ünvanlarının adının dəyişməsi ilə əlaqədar müvafiq dəyişiklik olunub.