Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bu ailələrə 600 manat veriləcək
sosial

Bu ailələrə 600 manat veriləcək

08-01-2026 21:00 53 Baxış
IMG

Bu ildən Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı 300 manata çatdırılıb. Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir.

 

Tvit.az xəbər verir ki, bunu İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.


Onun sözlərinə görə, bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin artmasına səbəb olacaq. Eyni zamanda, ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək:

 

"Əgər ailənin 5 üzvü var və həmin ailənin rəsmi aylıq gəliri 900 manatdırsa, o zaman 2025-ci ildə həmin ailə üçün 1425 manat (5 nəfər x 285 manat) ehtiyac meyarı, yəni xərc hesablanırdı. Bu zaman ailənin xərci ilə gəliri arasındakı fərq 525 manat (1425 manat - 900 manat) idi. Həmin ailənin ünvanlı sosial yardıma müraciət hüququ olduğu halda, o, proqram çərçivəsində ayda dövlətdən orta hesabla 525 manat yardım ala bilirdi".

 

V.Bayramov vurğulayıb ki, amma sözügedən məbləğ bu ildən artacaq. Onun sözlərinə görə, həmin ailə üçün ehtiyac meyarı bu ildən 1500 manata yüksəlir (5 nəfər x 300 manat) və nəticədə həmin ailənin gəliri dəyişmədiyi halda aldığı, ailənin yenidən müraciət hüququ yarananda aylıq yardım 525 manat deyil, 600 manat (1500 manat - 900 manat) olacaq".

 

Deputat söyləyib ki, hazırda 76 min aztəminatlı ailənin 350 mindən çox üzvü ünvanlı dövlət sosial yardımı alır. Bu isə o deməkdir ki, artımlardan faydalanan ailələrin sayı kifayət qədər çox olacaq.