Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Yeni metro stansiyaları bu ərazilərdə olacaq - Xırdalan sakinlərinə ŞAD XƏBƏR
sosial

Yeni metro stansiyaları bu ərazilərdə olacaq - Xırdalan sakinlərinə ŞAD XƏBƏR

08-01-2026 14:00 44 Baxış
IMG

Bakı metrosunda ciddi dəyişikliklər həyata keçirilir.

Tvit.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Televiziyasının (AzTV) videomaterial hazırlayıb.

Bildirilir ki, hazırda metronun ən zəif inkişaf edən istiqaməti "bənövşəyi" xətdir.

Cəmi dörd stansiyası olan bu xətt sərnişin axınının cəmi üç faizini həyata keçirir.

Bu səbəbdən metroda inkişaf əsasən "bənövşəyi" xətt üzrə nəzərdə tutulur.

Yeni stansiyalar "Nizami"də "yaşıl" xətlə, "Sahil" stansiyası yaxınlığından isə "qırmızı" xətlə kəsişmə yaradacaq.

Bu, Sumqayıt və Xırdalan istiqamətindən gələn vətəndaşların metroya ("Xocasən" və "Avtovağzal" stansiyalarında - red.) daxil olduqdan sonra şəhərin mərkəzində yer üstünə çıxmadan marşrut dəyişməsinə imkan verəcək.

Yeni metro stansiyaları "bənövşəyi" xətlə yanaşı "yaşıl xətt" istiqamətində də olacaq.

Bildirilir ki, "yaşıl" xəttin üzərində Ağ şəhər, NZS, "Nargilə" adlanan ərazilərdə və "Həzi Aslanov-2" olmaqla 4 stansiya tikilməlidir. "Bənövşəyi" xətt üzrə "B-04" stansiyasından sonra "Nizami", "Sahil", "Xətai" stansiyalarına keçid funksiyalı, "Neftçilər" xəstəxanası yaxınlığında və Ağ şəhər layihəsini əhatə edən ərazilərdə isə 6 yeni stansiya inşası nəzərdə tutulur.