Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlandı
sosial

Vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlandı

08-01-2026 11:00 73 Baxış
IMG

2025-ci ildə Azərbaycanda pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 191 milyon 98,9 min manatlıq hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

"Tvit.az" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Ötən il xarici vətəndaşların ölkə ərazisində fərdi istehlak üçün aldığı mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin ("tax free") məbləği 10 milyon 533,3 min manat təşkil edib.