Bir qrup həkim stomatoloq TƏBİB-in inzibati binasının qarşısında aksiya keçirib.
"Tvit.az" xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.
Bildirilib ki, həkimlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun bölgələrdə həkimlərin ixtisarları ilə bağlı son qərarını pisləyib, səhiyyə sahəsində mövcud problemlər və stomatoloji xidmətlərlə bağlı narazılıqlarını dilə gətiriblər.