Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial DYP dumanlı hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib
sosial

DYP dumanlı hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib

06-01-2026 21:00 51 Baxış
IMG

Hazırda ölkə ərazisinin bəzi hissələrində müşahidə olunan dumanlı hava şəraiti görünüş məsafəsini kəskin şəkildə azaldır və yol-nəqliyyat hadisələri riskini artırır.

Tvit.az xəbər verir ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə xəbərdarlıq edib.

Bildirilib ki, bu şəraitdə həm sürücülərin, həm də piyadaların diqqətli və məsuliyyətli davranışı həyati əhəmiyyət daşıyır.

Sürücülərə tövsiyə olunur:

• Hərəkətə başlamazdan əvvəl duman faralarının və əsas işıqlandırma sistemlərinin sazlığını yoxlayın;

• Sürət həddini görünüş məsafəsinə uyğun seçin, qəfil manevrlərdən və ötmələrdən çəkinin;

• Öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsiz məsafəni qoruyun;

• Zərurət olmadıqca dumanlı hava şəraitində səfərləri təxirə salın;

• Dayanma və ya qəza zamanı qəza işıqlarından və xəbərdaredici nişanlardan istifadə edin.

Piyadalara tövsiyə olunur:

• Yolu yalnız müəyyən olunmuş piyada keçidlərindən keçin;

• Qaranlıq və dumanlı hava şəraitində açıq və ya işıqəks etdirən geyimlərə üstünlük verin;

• Yolun hərəkət hissəsinə qəfil çıxmaqdan çəkinin;

• Unutmayın ki, dumanlı havada sürücünün sizi vaxtında görməsi çətinləşir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını diqqətli olmağa çağırır:

Bir anlıq ehtiyatsızlıq geri dönüşü olmayan nəticələrə səbəb ola bilər. Təhlükəsiz yol – birgə məsuliyyətdir.