Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə “Baku City Kartinq”də avtomobillər toqquşdu- Yeniyetmə öldü
hadisə

“Baku City Kartinq”də avtomobillər toqquşdu- Yeniyetmə öldü

05-01-2026 12:00 65 Baxış
IMG

Yanvarın 1-i saat 18 radələrində “Baku City Karting” əyləncə mərkəzində faciəvi hadisə baş verib.

 

Tvit.az “Qafqazinfo”a istinadən xəbər verir ki, Əhəd Yaqubov küçəsi 15-də yerləşən mərkəzdə paytaxt sakinləri 2008-ci il təvəllüdlü Kamal Anar oğlu Səfərlinin və 2009-cu il təvəllüdlü Fatimə Bəhlulzadənin idarə etdiyi kartinq maşınları toqquşub.

 

K.Səfərli aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.