Tanınmış aparıcı “Space TV” ilə yollarını ayırıb.
Tvit.az Manset.az-a istinadla xəbər verir ki, “Space TV”nin “Hər Gün” xəbərlər xidmətinin rəhbəri Elman Bakuvi öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.
Qeyd edək ki, Elman Bakuvi bundan öncə uzun illər “Azad Azərbaycan Televiziyası”nda fəaliyyət göstərib. O, “Space TV”də rəhbər vəzifəsinə 2023-cü ildə təyin olunmuşdu.


