Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ siyasət 10 ayda 165 milyon manatdan çox ƏDV geri qaytarılıb
siyasət

10 ayda 165 milyon manatdan çox ƏDV geri qaytarılıb

14-11-2024 11:00 33 Baxış
IMG

2024-cü ilin yanvar-oktyabr ayları ərzində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 145 milyon 803 min manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

“Tvit.az” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) məlumat yayıb.

Həmçinin 2024-cü ilin yanvar-oktyabr ayları ərzində nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılan həcmi 19 milyon 251,6 min manatdan çox olub.

Ümumilikdə isə geri qaytarılan ƏDV məbləği 165 milyon manatdan çox olub.