Sabah hava şəraiti ilə əlaqədar avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.
"Tvit.az" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, dekabrın 6-da bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava müşahidə olunacaq. Bu hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.