Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Azərbaycan Aİ ilə elektrik enerjisinin ixracını təmin edəcək layihənin icrasını müzakirə edib
sosial

Azərbaycan Aİ ilə elektrik enerjisinin ixracını təmin edəcək layihənin icrasını müzakirə edib

02-12-2025 18:00 39 Baxış
IMG

Azərbaycandan Avropaya elektrik enerjisi ixracını təmin edəcək "Yaşıl Enerji Dəhlizi" layihəsinin icrası müzakirə olunub.

 

Tvit.az xəbər verir ki, müzakirələr energetika naziri Pərviz Şahbazovun Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundziç ilə keçirilən görüşdə baş tutub.

 

Görüşdə enerji sahəsində Azərbaycan-Aİ əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub. Azərbaycanın Avropanın enerji təchizatındakı etibarlı tərəfdaş rolu, habelə bərpa olunan enerji sahəsində fəaliyyəti yüksək qiymətləndirilib.

 

Görüş zamanı "Enerji Dialoqu" formatında əməkdaşlıq əlaqələrinin davam etdirilməsi, Cənub Qaz Dəhlizinin genişləndirilməsi layihəsinin icrası nəzərdən keçirilib. Görüşdə, həmçinin "EU4Energy" proqramı, dekarbonizasiya, enerji səmərəliliyi, hidrogen və digər perspektivli istiqamətlər üzrə əməkdaşlıq məsələlərinə də toxunulub.