Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Ukraynanın sabiq xarici işlər naziri seçkilərdən danışdı
dünya

Ukraynanın sabiq xarici işlər naziri seçkilərdən danışdı

02-12-2025 15:00 55 Baxış
IMG

Ukraynada seçkilər atəşkəs qurulduqdan dərhal sonra keçiriləcək. 

Tvit.az xəbər verir ki, bu sözləri Ukraynanın sabiq xarici işlər naziri Dmitro Kuleba deyib.

"Əgər altı ay əvvəl mənə seçkilər barədə soruşsaydınız, deyərdim ki, ukraynalılar arasında onlara maraq demək olar ki, sıfırdır. Amma indi vəziyyət dəyişib, insanlar başa düşürlər ki, ölkə "yenidən başlamaya" ehtiyac duyur. Əgər atəşkəs olarsa, seçkilər dərhal keçiriləcək,"- o deyib.

Keçmiş nazir həmçinin bildirib ki, daxili rəy sorğularından biri onun reytinqinin Volodimir Zelenskinin reytinqindən bir qədər yüksək olduğunu göstərdikdən sonra vəzifəsindən azad olunacağını gözləyir. Onun sözlərinə görə, Zelenski bütün xarici siyasət məsələlərini öz ofisinin rəhbəri Andriy Yermakın əlində cəmləşdirməyə qərar verdi, o isə korrupsiya qalmaqalı ilə əlaqədar istefa verdi.