ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına təqribən 1 milyard dollar dəyərində vertolyot hissələri və təmir ləvazimatları, habelə aviasiya təhsili satışına icazə verdiyini açıqlayıb.
Tvit.az xəbər verir ki, bu barədə Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Müvafiq olaraq, ABŞ administrasiyası Səudiyyə Ərəbistanına ABŞ istehsalı olan helikopter parkının, o cümlədən UH-60 Black Hawk, AH-64 Apache hücum helikopterləri, CH-47F Chinook, Schweizer 333 təyyarələri və Aerial Scout helikopterləri üçün təxminən 500 milyon dollar dəyərində ehtiyat hissələrinin və təmir xidmətlərinin satışına icazə verib.
Elmin Alışov