Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Neymar və Vinisius Braziliya millisindən kənarda qala bilərlər
idman

Neymar və Vinisius Braziliya millisindən kənarda qala bilərlər

01-12-2025 22:00 58 Baxış
IMG

Braziliya milli futbol komandasının baş məşqçisi Karlo Ançelotti 2026-cı il dünya çempionatı üçün milli komandaya yalnız 100% hazır olan oyunçuları dəvət edəcəyini bildirib.

 

Tvit.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

 

Ançelotti etiraf edib ki, Neymar və Vinisius Junior kimi oyunçular dəvət almaya bilərlər: "Mən 100% hazır olanları seçməliyəm. Bu, yalnız Neymara aid deyil. Buraya Vinisius da daxil ola bilər. Əgər Vinisius 90% hazır olsa, mən 100% hazır olan başqa bir oyunçunu çağıracağam, çünki bu komandanın ustaliq səviyyəsi, xüsusən də hücumda çox yüksəkdir".

 

Xatırladaq ki, dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirdə tarixdə ilk dəfə olaraq 48 milli komanda iştirak edəcək.