Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Rusiya: ABŞ-a dizel yanacağının daşınması 2-3 həftə ərzində başlaya bilər
dünya

Rusiya: ABŞ-a dizel yanacağının daşınması 2-3 həftə ərzində başlaya bilər

15-10-2026 15:00 15 Baxış
IMG

ABŞ-a dizel yanacağının daşınması ilə bağlı ilk tədarüklər müqavilələr imzalandıqdan 2-3 həftə sonra baş verə bilər.


Tvit.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.


“Göndərmənin tamamlanması üçün müqavilə imzalanmalı, yanacaq doldurulmalı, gəmi çarterləşdirilməli və istehlakçıya göndərilməlidir. Bütün bunlar 2-3 həftə çəkir. Buna görə də müqavilələrin daha tez imzalanması lazımdır”,- deyə müavin vurğulayıb.


Elmin Alışov