Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Ölkədə son durum: 11 rayona yağış yağır, 8 rayonda isə...
sosial

Ölkədə son durum: 11 rayona yağış yağır, 8 rayonda isə...

01-12-2025 20:00 79 Baxış
IMG

Dekabrın 1-i saat 19:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

 

Tvit.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

 

Belə ki, Şahbuz, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Naftalan, Goranboy, Mingəçevir, Tərtərdə arabir yağış yağır.

 

Yevlax, Sabirabad, Zərdab, Şərur, Sədərək, Şamaxı, Qobustan, Balakəndə duman müşahidə olunur. Dumanda görünüş 200 metrədək məhdudlaşır.