Rusiya Prezidenti Vladimir Putinin 4-5 dekabr tarixlərində Hindistana baş tutacaq dövlət səfəri iki ölkə arasında ticarət, investisiya və iqtisadi əməkdaşlığın inkişafına xidmət edəcək.
Tvit.az xəbər verir ki, bu barədə The Economic Times məlumat yayıb.
Məlumata əsasən, Rusiya liderinin səfəri zamanı Yeni Dehlidə işgüzar dairələrin biznes forumu keçiriləcək, məqsəd Hindistan mühəndislik məhsullarının Rusiya bazarına ixracının genişləndirilməsi, Cənubi Asiya respublikasından dəniz məhsulları da daxil olmaqla qida məhsullarının təchizatının artırılması, rəqəmsal xidmətlərin imkanlarının araşdırılması və Rusiyanın Hindistan dərman məhsullarının alışının artırılması məqsədilə həyata keçiriləcək.
Aysel Şirinova