Rusiya qazının “Türkiyə axını” boru kəməri ilə Avropaya tədarükünün ümumi həcmi 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz artıb.
Tvit.az bu barədə Avropa Qaz Nəqliyyat Sistemləri Operatorları Şəbəkəsinin (ENTSOG) məlumatlarına istinadən xəbər verir.
Bildirilib ki, Avropa İttifaqı (Aİ) rəhbərliyinin bu yanacaq növündən imtina etmək niyyətinə baxmayaraq, bu növ yanacağın idxalının artıb.
Hesabat dövründə bu istiqamət üzrə ümumilikdə 16,3 milyard kubmetr Rusiya yanacağı nəql olunub. Analitiklər mütləq rekordun oktyabr ayında qeydə alındığını bildiriblər, bundan sonra tədarüklər bir qədər azalıb. Noyabr ayında nəql həcmi aylıq ifadədə 3 faiz azalaraq 1,63 milyard kubmetr təşkil edib. Bununla belə, illik müqayisədə göstərici 10 faiz artıb.
Aysel Şirinova