Moskvanın Şərqə yönəlməsi nə Ukrayna münaqişəsi, nə də Avropa tərəfdaşları ilə problemlərlə bağlıdır.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya lideri Vladimir Putin bildirib.
“Bütün bunlar Ukrayna istiqamətində baş verənlərlə bağlı deyil, sadəcə olaraq, Asiya ölkələrinin iqtisadiyyatı təbii yolla böyüyür, Avropa dövlətlərinin iqtisadiyyatı isə kiçilir,” - Putin deyib.
Həmçinin Rusiya dövlət başçısı ümid etdiyini bildirib ki, Ukraynadakı münaqişə nə qədər tez başa çatarsa, bir o qədər yaxşı olar.
Aysel Şirinova

