Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bakı Dövlət Sirki buna görə cərimələndi
sosial

Bakı Dövlət Sirki buna görə cərimələndi

26-11-2025 21:00 100 Baxış
IMG

Bakı Dövlət Sirki müvəqqəti olaraq ölkəyə gətirdiyi malların, o cümlədən 10 sirk itinin sənədləşmə müddətini vaxtında uzatmadığı üçün 1200 manat cərimə olunub.

 

Tvit.az xəbər verir ki, bu barədə qərarı Nəsimi Rayon Məhkəməsi verib.

 

Gömrük orqanlarının məlumatına görə, sirkin malları ölkəyə müvəqqəti idxal proseduru ilə gətirilib və bu prosedurun müddəti müəyyən tarixdə başa çatıb. Lakin sirkin rəhbərliyi həmin müddət bitməmiş gömrük orqanına nə müddətin uzadılması, nə də malların başqa prosedurla rəsmiləşdirilməsi üçün müraciət edib.

 

Məlum olub ki, Bakı Dövlət Sirki müddət başa çatdıqdan 26 gün sonra müraciət etmək istəyib. Bu isə qanunvericiliyin tələblərini pozduğu üçün inzibati xəta hesab olunub.

 

Məhkəmə işi araşdıraraq qərara gəlib ki, sirk rəhbərliyinin təqsiri sübuta yetirilib və qurum İnzibati Xətalar Məcəlləsinə əsasən 1200 manat cərimə olunmalıdır.