Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial 14 klinika və 14 həkim cərimələndi - Rəsmi
sosial

14 klinika və 14 həkim cərimələndi - Rəsmi

26-11-2025 21:00 106 Baxış
IMG

2025-ci ilin noyabr ayı ərzində (25.11.2025-ci il tarixinədək) keçirilmiş yoxlamalar zamanı 14 klinika və 14 həkim cərimələnib.

 

Tvit.az xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, cərimələr əsasən sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma ilə bağlı tətbiq edilib.

 

"Bir sıra hallarda lisenziya olmadan və lisenziyadan kənar fəaliyyət aşkar olunub. Aşkar edilmiş faktlar üzrə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilərək növbəti icraata göndərilib".

 

Qeyd olunub ki, cari ilin tam illik statistikası növbəti ilin əvvəlində açıqlanacaq.