Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Kəlbəcərə yola salınan köç ünvana çatıb - FOTOLAR
sosial

Kəlbəcərə yola salınan köç ünvana çatıb - FOTOLAR

26-11-2025 17:00 92 Baxış
IMG

Noyabrın 26-də doğma yurduna yola salınan köç karvanı Kəlbəcər şəhərinə çatıb.

"Tvit.az" xəbər verir ki, bu mərhələdə köçürülən 112 nəfərdən ibarət 27 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Kəlbəcər şəhərində daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzillər verilib.