Paytaxt Bakının müxtəlif küçə və meydanlarında insanlar 8 Noyabr – Zəfər Gününü coşqu ilə qeyd edirlər.
Tvit.az xəbər verir ki, şəhər sakinləri Azərbaycan bayraqları ilə küçələrə çıxaraq şəhidlərin xatirəsini anır, ordunun qəhrəmanlığını qürurla xatırlayırlar.
Mərkəzi prospektlərdə musiqilər səslənir, insanlar əlində bayraq və plakatlarla Zəfər yürüşləri keçirirlər.