Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bakı metrosu bayramda gücləndirilmiş rejimdə işləyəcək
sosial

Bakı metrosu bayramda gücləndirilmiş rejimdə işləyəcək

07-11-2025 17:00 24 Baxış
IMG

Bakı Metropoliteni" QSC noyabrın 8-də keçiriləcək Zəfər Gününə həsr olunmuş hərbi parad və konsert proqramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək.

"Tvit.az" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, paytaxtın mərkəzində yerləşən "İçərişəhər", "Sahil" və "28 May" stansiyalarında nəzarət və növbətçilik mexanizmləri artırılacaq, sərnişin axınının tənzimlənməsi üçün əlavə işçi qüvvəsi cəlb olunacaq.

Sərnişinlərin təhlükəsiz və rahat daşınmasını təmin etmək məqsədilə ehtiyac yaranarsa, ehtiyat qatarlar da xəttə buraxılmağa hazır vəziyyətdə saxlanılacaq.