Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Zərdabda yanğın törədən şəxs məsuliyyətə cəlb edildi
sosial

Zərdabda yanğın törədən şəxs məsuliyyətə cəlb edildi

07-11-2025 14:00 16 Baxış
IMG

Zərdab rayonunda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub.

"Tvit.az" xəbər verir ki, rayonun Burunlu kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

Araşdırmalarla yanğının kənd sakini E.Hüseynov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində ərazidə quru ot və kol-kos yanıb.

Şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.