Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Leyla Əliyeva Bülbül adına Orta İxtisas Musiqi Məktəbində olub
sosial

Leyla Əliyeva Bülbül adına Orta İxtisas Musiqi Məktəbində olub

04-11-2025 22:00 25 Baxış
IMG

Noyabrın 4-də Bülbül adına Orta İxtisas Musiqi Məktəbində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüş keçirilib.

 

Tvit.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüş çərçivəsində Leyla Əliyeva məktəbin fəaliyyəti, tədris prosesi, musiqi otaqları və istedadlı şagirdlərin yaradıcı uğurları ilə tanış olub.

 

Sonra məktəbin şagirdlərinin iştirakı ilə bədii konsert proqramı təqdim edilib.

 

Konsert proqramında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

 

Sonda Leyla Əliyeva məktəb kollektivi ilə xatirə şəkli çəkdirib.