Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Fidan: Türkiyə danışıqları davam etdirir
dünya

Fidan: Türkiyə danışıqları davam etdirir

03-11-2025 18:00 40 Baxış
IMG

Türkiyə Qəzzada beynəlxalq sabitləşmə qüvvələrində iştirak ilə bağlı təmasları davam etdirir.

Tvit.az xəbər verir ki, bu sözləri  Türkiyənin xarici işlər naziri Hakan Fidan yeddi ölkənin həmkarları ilə Qəzza məsələsi ilə bağlı İstanbulda görüşdən sonra bildirib.

"Biz yaxın günlərdə yaradılması planlaşdırılan Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin vəzifələrini və tərkibini müzakirə etdik. Biz yekdilliklə razıyıq ki, bu proses sazişi imzalayan tərəflərin vasitəçiliyi ilə aparılmalı və Fələstin tərəfi ilə razılaşdırılmalıdır. Danışıqlar apardığımız ölkələr beynəlxalq sabitləşdirmə qüvvələrinin vəzifə və səlahiyyətləri əsasında qərar qəbul edəcəklərini bildirdilər. Prezident Tayyib Ərdoğan atəşkəs sazişini imzalayan dörd liderdən biri olan Türkiyəyə gəlincə, biz regionda sülhə nail olmaq üçün əlimizdən gələni etməyə hazırıq. Bu istiqamətdə diplomatik təmaslarımız və səylərimiz davam edir," - deyə Fidan bildirib.

Qeyd edək ki, görüşdə BƏƏ, İndoneziya, Qətər, Pakistan, Səudiyyə Ərəbistanı və İordaniya xarici işlər nazirləri iştirak ediblər.

Aysel Şirinova