Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Azad edilmiş ərazilərdə ötən ay 770 mina aşkarlanıb
sosial

Azad edilmiş ərazilərdə ötən ay 770 mina aşkarlanıb

03-11-2025 14:00 25 Baxış
IMG

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə oktyabr ayı üzrə məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) "Tvit.az"a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 406 piyada əleyhinə mina, 364 tank əleyhinə mina, 12.298 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 7.022,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.